Xəbərlər

“AZİSAR” və “Səba gübrə” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Əkinçilik ET İnstitutunda “AZİSAR” şirkətinin baş direktoru Azər Ələkbərov və “Səba gübrə” şirkətinin satış koordinatoru Aaron İsmaylovla görüş keçirilib. Görüş zamanı A. İsmaylov qeyd edib ki, Serbiya istehsalı olan gübrələr Avropa texnologiyası ilə hazırlanan EKO məhsuldur. Quş kompostu əsasında qranullaşdırılmış ən effektiv üzvi gübrə azot, kalium və maqneziumla zəngindir. Sonra o, gübrələrlə yanaşı təbii bakteriyaların da sınaqdan keçirilməsi haqqinda fikirlərini bildirib. İstehsalata və sahələrə baxış üçün institut əməkdaşlarını şirkətə dəvət edib və əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ