Xəbərlər

“Buta Group” şirkətinin rəhbəri ilə görüş keçirilib

17.02.20 tarixində “Buta Group” şirkətinin təsisçisi və rəhbəri Bəşir Quliyevlə görüş keçirilib. O, qeyd edib ki, böyük şirkətlər qrupu olan “Buta Group” kənd təsərüfatı sahəsində həyata keçirilən bir çox işlərlə yanaşı gübrə istiqamətində də fəaliyyət göstərir. Bu işin həyata keçirilməsində əsas məqsəd Əkinçilik ET İnstitutunun alimləri tərəfindən fermerləri torpaqdan və gübrələmədən düzgün istifadə qaydaları ilə maarifləndirməkdən ibarətdir. B.Quliyev şirkətin 60 regionda gübrə satış məntəqəsinin olacağını da qeyd edib.

© 2020 Əkinçilik ETİ