Xəbərlər

Əkinçilik ET İnstitutunun 2019-cu ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı keçirilib

20.02.2020 tarixində institutun 2019-cu ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı keçirilib. Yığıncağı Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov açaraq, elmi tədqiqat işlərinin müasir dövrün tələblərinə uyğun səviyyədə prioritet mövzular əsasında aparılmasını qeyd edib.Yığıncaqda institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov institutun 2019-cu ilə dair elmi və elmi-təşkilati fəaliyyəti haqqında, Abidin Abdullayev, Qərib Novruzlu, Sevindik  Dünyamalıyev, Rəşadət Əmirov, Rasib Zeynalov dənli, dənli-paxlalı və yem bitkilərinin seleksiyasına, yemlərin texnologiyasına və otlaqların idarə olunmasına dair 2019-cu ildə aparılmış tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr haqqında təqdimatlarla çıxış ediblər. Sonra fermerlərin iştirakı ilə müzakirələr aparılıb. Atif Zamanov institutun 2019-cu ilə dair toxumçuluq fəaliyyəti haqqında ətraflı məlumat verib. Bölgə təcrübə stansiyalarının, dayaq məntəqələrinin, yardımçı təcrübə təsərrüfatlarının direktorları 2019-cu il üçün təsərrüfat fəaliyyətlərinin yekunları, problemləri və qarşıda duran vəzifələri  haqqında  məruzələrlə çıxış ediblər. Sonda direktor Faiq Xudayev institutun 2019-cu ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə dair aktual məsələlərdən bəhs edib. Yekun müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ