Xəbərlər

Kürdəmir və Şamaxı rayonunun DAİM-lərində fermerlərə təlimlər keçirilib

18-19 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən təsdiq olunmuş iş planına əsasən Əkinçilik ET İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi Ehtibar İbrahimov Kürdəmir və Şamaxı rayonunun DAİM-lərində “Dənli və dənli paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçib.Təlimlərdə 32 nəfər fermerlər və aqrar sahənin mütəxəssisləri iştirak edib. Təlim zamanı dənli və dənli paxlalı bitkilərinin böyümə və inkişafinı, məhsuldarliğinı artıran amillər, istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər, sahənin sələfdən asili olaraq becərilməsi (bitki qalıqlarının doğranması, şumun aparılması, yumuşaltma, üzləmə, malalama, vərdələmə); toxumun tədarük edilməsi ( bölgənin torpaq-iqlim şəraitinə uyğun mənşəyi məlum olan, tam təmizlənmiş, sertifikatlı toxumdan istifadə edilməsi); toxum materialının dərmanlanması (sürmə və digər göbələk xəstəliklərinə qarşı fungisidlərlə işlənməsi); torpaq zərərvericilərinə qarşı insektisidlərdən istifadə, gübrə normalarinın vaxtında verilməsi və təhlükəsizlik qaydalarına əməl olunması haqqında məruzə edilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran sullar cavablandırılıb. Fermerlərin taxıl yetişdirilməsi zamanı qarşılaşdıqları bir çox problemlər səsləndirilib. Bildirilib ki, hal-hazırda suvarma suyunun və yağıntıların olmaması nəticəsində xeyli əkin sahələrində tamamilə çıxış alınmamışdır. Fermerlərin xahişi ondan ibarət olub ki, nazirlik tərəfindən monitorinqlər keçirilsin və çıxışı olmayan (cücərtilər) sahələrə kömək məqsədilə dövlət yardımı (kompensasiya) göstərilsin.

© 2020 Əkinçilik ETİ