Xəbərlər

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİKA) nümayəndəsi ilə görüş keçirilib

21.02.20 il tarixində Əkinçilik ET İnstitutunun rəhbərliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Ofisinin ölkə üzrə direktoru xanım Park Kumok ilə əməkdaşlığa dair görüş keçirilib. Görüş zamanı xanım Kumok bir cox məsələlərə aydınlıq gətirərək bildirib ki, KOİKA inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991-ci ilin aprel ayında Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) himayəsi altında yaradılıb. KOİKA-nın Azərbaycan Nümayəndəliyi isə 2009-ci ilin  fevral ayında açılıb.KOICA-nın məqsədi tərəfdaş ölkələrdə Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq, habelə bərabər və davamlı inkişaf təşviqinə kömək etmək vasitəsilə daha yaxşı bir dünya qurmaqdır. KOICA həmçinin yoxsulluğun aradan qaldırılması və həyat səviyyəsinin yaxşılaşdırılması üçün xalqların və şəxslərin potensialının artırılmasına yönəlmiş qlobal fəaliyyətdə fəal iştirak etmək istəyir. Agentlik hazırda 3 layihə üzərində işləyir – bir  təhsil və iki su layihəsinə aiddir. Xanım Kumok vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq layihəsi çəltikçilik sahəsində düşünülüb. Layihələrdən əlavə təlim proqramları da mövcuddur. İnstitutun direktoru Faiq Xudayev  görüş cərcivəsində institutun fəaliyyət istiqamətlərindən, tədqiqat prioritetlərindən söz acıb və bildirib ki, Əkinçilik ET İnstitutu KOİKA ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır. Yem bitkilərinin istehsalı və otlaqların bərpa olunması istiqamətində də Koreya təcrübəsindən  yararlanaraq, bu istiqamətdə də əməkdaşlıq əlaqələri yarada bilərik.

© 2020 Əkinçilik ETİ