Xəbərlər

İşçi qrup qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Respublikanın taxıl sahələrində monitorinq keçirib

Dünyada baş verən qlobal iqlim dəyişmələri ekoloji tarazlığın pozulmasına səbəb olmaqla bərabər aqrar sektora da öz mənfi təsirini göstərir. Bu cür anomal şərait Respublikamızda bu il özünü daha qabarıq göstərib. Alınan məlumatlara görə Respublikamızın suvarma və dəmyə taxıl sahələrində çıxışla əlaqədar problemlər mövcuddur. Bunu nəzərə alaraq Əkinçilik ET İnstitutunda işçi qrup yaradılıb. Direktor Faiq Xudayev, direktor müavini Atif Zamanov, aparıcı elmi işçi Ehtibar İbrahimov, Qobustan BTS-in şöbə müdiri Həmid Həmidovun iştirakilə mövcud vəziyyəti yerində təhlil edərək qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 24-28.02.20 tarixlərində Qobustan, Şəki, Tovuz, Goranboy, Ağstafa, Zaqatala, Göygöl, Gəncə, Tərtər və Kürdəmir rayonlarının təsərrüfatlarının və fermer təsərrüfatlarının taxıl sahələrində monitorinq keçirilib. Monitorinq nəticəsində qərara alınıb ki, yaxın günlərdə sahələrə yemləmə şəklində azot gübrəsinin verilməsi quraqlığın təsirindən məhsuldarılığın azalmasını limitləşdirməklə yanaşı zəif bitkilərin nisbətən böyüməsini təmin edə bilər.

© 2020 Əkinçilik ETİ