Xəbərlər

FAO-Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsində təlim həyata keçirilib

24-27.02.2020 tarixlərində Tərəvəzçilik ET İnstitutunda FAO-Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsində “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” mövzusunda təlim həyata keçirilib. Təlimdə bir sıra xarici ölkələrdə təcrübə keçmiş yerli mütəxəssislər və FAO-nun ekspertləri, o cümlədən Əkinçilik ET İnstitutunun “Xəstəlik və zərərvericilərə qarşı mübarizə” laboratoriyasının əməkdaşları Gülşən Abbaslı və Günel Zülfüqarova iştirak ediblər.Təlimin məqsədi kartof bitkisinin virus, bakteriya, göbələk, qeyri infeksiyon xəstəlikləri və onlara qarşı mübarizə üsulları ilə məlumatların catdırılmasından ibarət  olub.Təlim zamanı iştirakçılar nəzəri biliklər əldə edərək, bu istiqamətdə Azərbaycanda daha çox təsadüf edilən problemlərlə tanış olublar. Sonunda iştirakçılar sertifikatlarla təmin olunublar.

© 2020 Əkinçilik ETİ