Xəbərlər

Xızı, Şabran və Quba rayonları DAİM-də təlimlər həyata keçirilb

11-13.03.2020 tarixlərində Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən təsdiq olunmuş iş planına əsasən Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif  Zamanov Xızı, Şabran və Quba rayonları DAİM-də “Dənli və dənli paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçib. Təlimlərdə 34 nəfər (Xızı 14, Şabran 15, Quba 15) fermer və aqrar sahənin mütəxəssisləri iştirak edib. Təlim zamanı dənli və dənli paxlalı bitkilərinin böyümə və inkişafinı, məhsuldarlığını artıran amillər, istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər, sahənin sələfdən asılı olaraq becərilməsi,  toxumun tədarük edilməsi (bölgənin torpaq-iqlim şəraitinə uyğun mənşəyi məlum olan, tam təmizlənmiş, sertifikatlı toxumdan istifadə edilməsi); toxum materialının dərmanlanması (sürmə və digər göbələk xəstəliklərinə qarşı fungisidlərlə işlənməsi); torpaq zərərvericilərinə qarşı insektisidlərdən istifadə, gübrə normalarinın vaxtında verilməsi və təhlükəsizlik qaydalarına əməl olunması haqqında  məruzə edilib. Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, problemlər səsləndirilıb.

© 2020 Əkinçilik ETİ