Xəbərlər

Siyəzən, Xaçmaz və Qusar rayonlarının DAİM-də “Dənli və dənli paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim həyata keçirilib

11-13.03.2020 tarixində Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi,  Aqrar Elm  və İnnovasiya  Mərkəzi tərəfindən təsdiq olunmuş iş planına əsasən Əkinçilik ET İnstitutunun “Xəstəlik  və  zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi Ehtibar İbrahimov Siyəzən, Xaçmaz və Qusar rayonlarının DAİM-də  “Dənli və dənli paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin  keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçib. Təlimlərdə 49 nəfər (Siyəzən 11, Xaçmaz 24, Qusar 14) fermer və aqrar sahənin mütəxəssisləri iştirak edib. Təlim zamanı dənli və dənli paxlalı bitkilərinin böyümə və inkişafinı, məhsuldarliğinı artıran amillər, istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər, sahənin sələfdən asılı olaraq becərilməsi,  toxumun tədarük edilməsi ( bölgənin torpaq-iqlim şəraitinə uyğun mənşəyi məlum olan, tam təmizlənmiş, sertifikatlı toxumdan istifadə edilməsi); toxum materialının dərmanlanması (sürmə və digər göbələk xəstəliklərinə qarşı fungisidlərlə işlənməsi); torpaq zərərvericilərinə qarşı insektisidlərdən istifadə, gübrə normalarının vaxtında verilməsi və təhlükəsizlik qaydalarına əməl olunması haqqında  məruzə edilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Fermerlər taxıl becərilməsi zamanı qarşılaşdıqları bir çox problemləri səsləndiriblər.

© 2020 Əkinçilik ETİ