Elmi şura

Elmi Şura

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kollegiyasının 2015-ci il 24 noyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Nizamnaməsinə müvafiq olaraq İnstitutun ali idarəetmə orqanı onun Elmi Şurasıdır. Elmi Şura üzvlərinin sayı, tərkibi və Əsasnaməsi institutun direktoru tərəfindən təsdiq edilir. Elmi Şuranın tərkibi hər il  K/T Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli hesab edilir. Əkinçilik ETİ-nin direktoru tərəfindən sədirlik edilən Elmi Şuranın tərkibi 21 nəfər olmaqla, direktor  müavinləri, elmi katib, şöbə və laboratoriya müdirləri, Gənc Alimlər Şurasının Sədri  və Həmkarlar İttifaqi Komitəsinin nümayəndəsindən  ibarətdir. Elmi Şuranın iclaslarında şöbə və laboratoriyaların, Bölgə Təcrübə Stansiyalarının (BTS), Dayaq Məntəqələrinin (DM) elmi-tədqiqat və təsərrüfat fəaliyyətləri, doktorantların hesabatları müzakirə olunur, doktorant və dissertantların dissertasiya mövzuları, rəhbərləri təsdiq edilir, əməkdaşların məqalələri, ixtira, patent və səmərələşdirici təklifləri, elmi, elmi-texniki və təşkilati məsələlər, eləcə də elmi dərəcə, elmi ad almaq məqsədi ilə rəy üçün daxil olan dissertasiyalar və s. sənədlər  müzakirə və təsdiq olunur.

2020-ci il Elmi Şuranın 9 iclası keçirilmişdir. Həmin iclaslarda institutun şöbə və laboratoriyalarının, bölgə təcrübə stansiyalarının elmi və təsərrüfat fəaliyyətləri müzakirə olunmuşdur. İnstitut əməkdaşlarının nəşr üçün məqsədəuyğun sayılan tövsiyələri, məqalələri müzakirə edilmişdir. ƏETİ-nin Mövzu planına uyğun olaraq icra müddəti başa çatmış mövzu və işlərin tətbiq aktlarının hazırlanması və s. məsələlər də müzakirə edilmişdir. Qeyd edilənlərlə bərabər institutun elmi fəaliyyətinə və modernləşdirilməsinə aid bir sıra məsələlər müzakirə olunmuşdur.

 

ƏKİNÇİLİK ELMİ-TƏDQİQAT  İNSTİTUTUNUN

ELMİ ŞURASININ ÜZVLƏRİNİN SİYAHISI

  1. XUDAYEV F.A. - a.e.ü.f.d., dosent, direktor (sədr)
  2. HÜMMƏTOV N.Q. - b.ü.f.d., dosent, direktorun müavini
  3. ZAMANOV A.A. - b.ü.f.d., dosent, direktorun müavini
  4. ƏHMƏDOV Ş.H. - a.e.ü.f.d., direktorun müavini
  5. HACIYEVA S.K. - a.e.ü.f.d., dosent, elmi katib (katib)
  6. HƏSƏNOVA Q.M.  - a.e.d., dosent, laboratoriya müdiri
  7. ALLAHVERDİYEV T.İ. - b.e.d., dosent, şöbə müdiri
  8. KƏRİMOV Y.H. - a.e.d., aparıcı elmi işçi
  9. ABDULLAYEV A.M. - a.e.ü.f.d., dosent,  proqram rəhbəri, şöbə müdiri
  10. RZAYEV M.Y.     - a.e.ü.f.d., dosent, proqram rəhbəri, şöbə müdiri                       
  11. NOVRUZLU Q.A. - a.e.ü.f.d., dosent, proqram rəhbəri
  12. MƏMMƏDOVA P.M.  -  e.ü.f.d., şöbə müdiri
  13. HACIMƏMMƏDOV İ.M. - a.e.ü.f.d., dosent, laboratoriya müdiri
  14. ƏZİZOVA N.H.  - b.ü.f.d., dosent,  laboratoriya müdiri
  15. ABBASQULİYEVA S.G. - a.e.ü.f.d., laboratoriya müdiri
  16. ABBASOV B.H. - b.ü.f.d., dosent, aparıcı elmi işçi
  17. ZEYNALOV R.N. - şöbə müdiri
  18. ƏLİYEV A.M.- laboratoriya müdiri
  19. GƏNC ALİMLƏR ŞURASININ SƏDRİ
  20. HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN NÜMAYƏNDƏSİ

© 2020 Əkinçilik ETİ