Xəbərlər

Yemçilik proqramı üzrə hesabat yığıncağı keçirilib

Əkinçilik ET İnstitutunun Otlaq və biçənəklər şöbəsinin yemçilik proqramı üzrə hesabat yığıncağı keçirilib. İnstitutun direktoru Faiq Xudayev hesabatı giriş sözü ilə açaraq actual məsələlərə toxundu. Yemçilik proqramı üzrə hesabatların təqdimatı üçün söz istehsalat üzrə direktor müavini, b.ü.f.d. Atif Zamanova verildi. A.Zamanov  bitki seleksiyası və toxumçuluğu üzrə “Çoxillik (yonca,xaşa və s.) və birillik (lərgə, gülülcə, soya və s.) yem bitkilərinin genofondunun yaradılması, stres amillərə davamlı, keyfiyyətli və məhsuldar formaların seçilməsi yeni sortların yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi” mövzusu üzrə “Müxtəlif mənşəli yonca genotiplərinin morfoloji, bioloji və təsərrüfat əlamətlərinin qiymətləndirilməsi, müxtəlif üsullardan istifadə etməklə yeni sort və hibridlərinin yaradılması” işi haqqında təqdimatla çıxış etdi.

Daha sonra “Otlaq və biçənəklər” şöbəsinin müdiri  “Yemçilik proqramı”nın rəhbəri Rasib Zeynalov “Çoxillik (yonca, xaşa və s.) və birillik (lərgə, gülülcə, soya və s.) yem bitkilərinin genofondunun yaradılması, stres amillərə davamlı, keyfiyyətli və məhsuldar formaların seçilməsi yeni sortların yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi” mövzusu üzrə “Müxtəlif mənşəli yonca genotiplərinin morfoloji, bioloji və təsərrüfat əlamətlərinin qiymətləndirilməsi, müxtəlif  üsullardan istifadə etməklə yeni sort və hibridlərinin yaradılması”,  “Soya genotiplərinin morfoloji və təsərrüfat əhəmiyyətli xüsusiyyətlərinin öyrənilməsi, müxtəlif üsullardan istifadə etməklə yeni sort və hibridlərin yaradılması”,  “Lərgə və gülülcə  genotiplərinin morfoloji və təsərrüfat əhəmiyyətli əlamətlərinin öyrənilməsi, müxtəlif üsullardan istifadə etməklə yeni sort və hibridlərin yaradılması”,  “Yem bitkilərinin mədəni və yabanı formalarının genofondunun toplanması, onların təsərrüfat əlamətlərini öyrənilməsi və seleksiyada istifadə edilməsi”, “Yeni rayonlaşdırılmış yem bitki sortlarının ilkin toxumçuluğunun təşkili və toxum istehsalı” işlərinə aid hesabat verdi.

 “Təbii yem sahələrinin yaxşılaşdırılmasında onların səmərəli istifadəsini və heyvanların yüksək keyfiyyətli yem təlabatını təmin edən otlaq yemi istehsalının nəzəri əsaslarının və texnologiyasının işlənib hazırlanması” mözusuna dair “Abşeron rayonun suvarılan əkmə otlaqlarında mineral gübrələrin və müxtəlif ot qarışıqlarının otlaq yeminin keyfiyyət göstəricilərinə və məhsuldarlığına təsirinin öyrənilməsi”  işi üzrə təqdimatla “Otlaq və biçənəklər” şöbəsinin böyük elmi işçi Tünzalə Rüstəmova çıxış etdi. Eyni adlı mövzu üzrə böyük elmi işçi Mehman Məmmədov “Orta dağlıq bölgələrdə otlaqların yaxşılaşdırılmasında müxtəlif ot qarışıqlarının və mineral gübrələrin otlağın məhsuldarlığına və keyfiyyətinə təsirinin öyrənilməsi” işi haqqında illik hesabatla cıxış etdi.

“Yemlərin texnologiyası və zotexniki qiymətləndirməsi” laboratoriyasında aparılan “Ənənəvi (yonca, xaşa,gülülcə s.) və alternativ (amarant, əmənkömənci) yem bitkilərinin biokimyəvi tərkibinin və ümumi qidalılıq dəyərinin öyrənilməsi, iqtisadi səmərəli yem rasionlarının hazırlanmasında istifadəsi və tətbiqi” mövzusunun “Ənənəvi və alternativ yem bitkilərinin keyfiyyət göstəricilərinin və qidalılıq dəyərinin öyrənilməsi” və “Ənənəvi və alternativ yem bitkilərindən istifadə etməklə kənd təsərrüfatı heyvanları üçün iqtisadi səmərəli yem rasionlarının hazırlanma texnologiyasının işlənməsi və tətbiqi” işi üzrə laboratoriya müdiri Sevil Abbasquliyeva hesabat verdi.

Hesabat çıxışları zamanı institutun əməkdaşları mövzu və işlər üzrə  suallar və cavablar səsləndirdilər. Maraqlı təkliflər irəli sürüldü, müzakirələr aparıldı. Hesabatlar yekdilliklə qəbul edildi.

© 2020 Əkinçilik ETİ