Xəbərlər

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının toplantısı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev zoom proqramı vasitəsi ilə institut direktorları, Dissertasiya Şuralarının sədrləri və elmi katiblərinin iştirakilə online formatda toplantı keçirib. Toplantıda F. Mustafayev koronavirus (covid-19) epidemiyası ilə əlaqədar olaraq karantin dövründə Dissertasiya Şuralarının fəaliyyətinin yeni qaydalar əsasında davam edilmısi haqqında ətraflı məlumat verib. Toplantı çərçivəsində Ali Attestasiya Komissiyasının sədrinə ünvanlanan suallara aydınlıq gətirilib.

© 2020 Əkinçilik ETİ