Xəbərlər

Əkinçilik ET İnstitutunda ingilis dili kursunun keçirilməsinə başlanılıb

Əkinçilik ET İnstitutunda ingilis dili kursunun keçirilməsinə başlanılıb. Dərslərə insitutun gənc alim və mütəxəssisləri həvəs və maraqla qatılıblar. Onlar Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayevin bu müstəvidə göstərdiyi diqqət və qayğını xüsusilə yüksək qiymətləndirərək, xarici dil kurslarının sistemli şəkildə təşklinin vacibliyini vurğulayıblar. Bildiriblər ki, gənclərin dünya görüşlərinin artırılması, onların elmə cəlb olunması ilə bağlı təbliğat işlərinin aparılması məqsədəuyğun və təqdirəlayiqdir. Gənclər Azərbaycan aqrar elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə atılan bu addımın günün aktual məsələlərindən biri olduğunu da qeyd ediblər.

Eyni zamanda ictimai elmlər və xarici dillər kafedrasının baş müəllimi Ülkər Kərimova gənc doktorant və dissertantlara xarici dilin öyrədilməsində maraqlı olduğunu və bu istiqamətdə səylə çalışacağını bildirib.

© 2020 Əkinçilik ETİ