Xəbərlər

Kənd Təsərrüfatı İnformasiya-Məsləhət Xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu Layihəsinin müzakirəsi üzrə işci qrupu yaradılıb

Kənd Təsərrüfatı İnformasiya-Məsləhət Xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu Layihəsinin müzakirəsi üzrə Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbərliyi tərəfindən işci qrupu yaradılıb. İşci qrupun tərkibində Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov, AEİM-nin şöbə müdirləri Talıb Hüseynov, Cavanşir Təlai, Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işlər üzrə prorektoru, FAO Azərbaycan, koordinator  Vüqar  Bəşirov, Beyləqan RAEİM-dən Sədi İsmayılov, “Əkincilik ET İnstitutundan “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin müdiri Pərvanə Məmmədova, institutun əməkdaşı böyük elmi işçi Aslanova Könül və digər müfafiq təşkilatların nümayəndələri və əməkdaşları yer alıblar.

29.01.21 tarixində Zoom proqramı vasitəsilə həyata keçirilən tədbirdə F.Kərimov açılış edərək, qrup üzvlərinin tanışlığından sonra Qanun Layihəsinin müzakirəsi üzrə işin təşkilindən və qrup üzvlərinin funksiyasından ətraflı olaraq məlumat verib. Qrup üzvləri işin planlı təşkili və müzakirələrin aparılması istiqamətində fikir və təkliflərini bildiriblər. Təklif və müzakirələrdən sonra işçi qrupun növbəti toplantısının vaxtı müəyyənləşdirilib.

© 2020 Əkinçilik ETİ