Xəbərlər

Gənc alimlər Fəxri Fərmanla təltif olunublar

Əkinçilik ET İnstitutunun gənc alimləri tərəfindən hazırlanan ideya layihələrin müzakirəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə institutun direktoru Faiq Xudayev gənclərin ölkə həyatında mühüm rolunu qeyd edərək gələcəkdə görülən işlər və planlar haqqında fikirlərini diqqətə catdırıb. İdeya layihələrinin təşkilatçılarından olan, institutun əməkdaşı Laçın Novruzov gənc alimlər haqqında müsbət fikirlər bildirib. I, II və III yerlərin qalibləri elan olunub, iştirakçılar tərəfindən müsbət fikirlər səsləndirilib. Bir sıra ideya layihələrinin müzakirəsi aparılıb. Əkinçilik ET İnstitutunda baş tutan ideya yarışmasında “Torpaq və bitki analizləri” laboratoriyasının əməkdaşları Araz Bağırov və Əsmər Əhmədova 1-ci , “Dənin keyfiyyəti” laboratoriyasının əməkdaşı Sevinc Əsədova 2-ci, “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin əməkdaşı Hüseyn Feyzullayev və “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin əməkdaşı Ruhanə Kərimova 3-cü yer tutduqlarına görə Fəxri Fərmanla təltif olunublar.

© 2020 Əkinçilik ETİ