Xəbərlər

agroinfo.az saytının fəaliyyətilə əlaqədar online tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytı olan agroinfo.az saytının fəaliyyəti və funksiyası ilə əlaqədar online tədbir keçirilib. Online formatda keçirilən tədbirə KTN, Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşı, agroinfo.az saytı və təlimlərin təşkili üzrə məsul şəxs Nigar Xıdırova rəhbərlik edib. Toplantıda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Kənd Təsərrüfatı Nazirliyi  Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının məsul şəxsləri iştirak ediblər. Əkinçilik ET İnstitutunu “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin müdiri Pərvanə Məmmədova təmsil edib.

Xıdırova bildirib ki, agroinfo.az saytı KTN-nin rəsmi saytı olaraq birbaşa fermerlər ücün informasiya məsləhət xidmətinin göstərilməsi və onun operativ fəaliyyətininin təmin olunması məqsədilə yaradılıb. Sonra o, bildiriş (fermerlərə toplu bildiriş (sms) göndərilməsi), faydalı məlumat əlavə olunması, Təlimat-media, Təlimat-təlimçi (təlimçinin əlavə olunması), Təlimat-Təlimlər (təlim əlavə edilməsi) bölmələrindən istifadə qaydalarını ətraflı olaraq izah edib.

Tədbir iştirakçıları onları maraqlandıran suallar səsləndiriblər və bütün məsələlərə aydınlıq gətirilib.

© 2020 Əkinçilik ETİ