Xəbərlər

“Çəltikçiliyin mövcud vəziyyəti və qarşıda duran vəzifələr, problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, “Bitki seleksiyası” şöbəsinin müdiri Abdin Abdullayev, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri, “Çəltiyin seleksiyası” mövzusu üzrə məsul icraçı Sevil Abbasquliyeva Lənkəran rayonu “GREEN EAST MMC” şirkətinidə, cənub bölgəsinin RAEİM və DAİM rəhbərlərinin, çəltikçiliklə məşğul olan fermerlər və özəl şirkət sahiblərinin, eləcə də fərdi təsərrüfat rəhbərlərinin iştirakı ilə “Çəltikçiliyin mövcud vəziyyəti və qarşıda duran vəzifələr, problemlər və perspektivlər” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə Lənkəran DAİM-in rəhbərin Tofiq Rzayev açaraq, görüşün məqsəd və məramları haqqında iştirakçılara geniş məlumat verib.

Tədbirdə Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün qəbul olunmuş “Dövlət Proqramı”nın icrası və Kənd Təsərrfatı Nazirliyinin 04.02.2021-ci il tarixində çəltikçiliyə həsr olunmuş müşavirədən irəli gələn məsələlərin həlli ilə bağli geniş məlumat verərək  çəltikçiliyin inkşafı üçün  mövcud imkanların qiymətləndirilməsi, resurslardan səmərəli istifadə, ən əsası elmi təminatın yaxşıladırılması, toxumçuluq  sisteminin elmi əsaslarla qurulması, elm ilə təsərüfatın inteqrasiyası və əməkdaşlığın yaradılması, ümumilkdə isə imkanları birləşdirərək çəltikçiliyn inkişaf etdirilməsi üçün bir yol xəritəsinin ələ alınmasının vacibliyini vurğulayıb.

İştirikçılar tədibirin keçirilməsini məmnunlunqla qarşılayaraq çəltikçiliyə elmi dəstəyin olmasının vacibliyini qeyd etdilər, eyni zamanda mövcüd problemlər barəsində də ətraflı müzakirələr aparıldı.

Tədbirdə iştirak edən DAİM rəhbərləri, şirkət nümayədələri, fərdi təsərrüfat rəhbərləri cəltikçiliyin inkişafı üçün görülən tədbirlərin yetərsizliyini qeyd edərək, bu gün respublikada çəltikçiliklə məşgul olan fermerlərin qarşılaşdığı bir çox problemlər: çəltik toxumçuluğunun olmaması, qədim çəltik nümunələrinin yox olması, istehsal olunan məhsulda müxtəlif sort qarışıqlarının olması, mühitin stress amillərinə qarşı davamlı sortların olmaması və s. bu kimi problemlərin cəltikçiliyin inkişafına mənfi təsir göstərdiyini və bu çatışmamazlın aradan qaldırılması üçün təxirəsalınmaz təbirlərin görülməsinə ümüd etdiklərini bildirdilər.

Görüşdə “Green East MMC” şirkətinin aparıcı mütəxəssisi Fərman Abdullayev, Masallı DAİM-in rəhbəri  Seymur Nuriyev öz çıxışlarında mövcud problemləri dilə gətirərək sertifikatlı toxumun olmaması, kiçik fermerlərin texniki avadınlıqların alınmasında maliyə imkanlarınanın məhdudluğu, eyni zamanda aqrotexniki tədbilərin vaxtında həyata keçirilməsində mineral gübrələrin tədarük olunmasında gecikmələrin mövçudluğunu, xəstəlik və zərərvericilərə və alaq otlarına qarşı istifadə olunan kimyəvi preparatların keyfiyyətsizliyi, suvarma suyunun qıtlığı, subsidiyaların geçikdirilməsi kimi problemlərin tezliklə həll olunmasının vacibliyini qeyd etdilər.

Masallı rayonunda fəliyyət göstərən fermer Asif Babayev öz çıxışında yüksək məhsuldar təsərrüfatının olduğunu göstərməklə yanaşı, toxumçuluğun olmaması, xaricdən sertifikatsız toxumların gətirilməsində problemlərin olması və elmi dəstəyin lazımi səviyyədə olmamasından danışıb.

Sonda Lənkəran rayonunda fəaliyyət göstərən fərdi sahibkar Fərid Axundov Azərbaycanın itirilmiş qədim cəltik sorlarının genofondunun bərpa olunmasının və tədqiqatlara daxil edilməsinin vacibliyini vurğulayaraq, özünün də mövcud texniki imkanları ilə, tədqiqatlara dəstək verməsi və ilkin toxumçuluğnun Əkinçilik ET İnstitutu ilə birlikdə aparılması üçün sahə ayırması niyyətini ifadə etdi.

Eyni zamanda “Green East MMC” şirkətinin aparıcı mütəxəssisi Fərman Abdullayev də Əkinçilik ET İnstitutu ilə birlikdə şirkətin infrastrukturundan və texniki imkanlarından istifadə edərək müvafiq hüquqi baza yaradıldığı halda sertifikatlı toxumçuluqla məşğul olmaq arzusunda olduğunu bildirib.

Sonda Lənkəran RAEİM-in direktoru T.Rzayevin iştirakı ilə Lənkəranda çəltik bitkisinnin seleksiya - toxumçuluq işlərinin elmi əsaslarla aparılması, toxumçuluğun inkişaf etdirilməsi məqsədi ilə fərdi sahibkar F. Axudov və “Green East MMC” şirkətinin aparıcı mütəxəssisi F. Abdullayevlə Əkinçilik ET İnstitutu arasında birgə şifahi razılaşma əldə olundu və rəsmi sənələşmənin aparılmasına qərar verildi.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ