Xəbərlər

Kənd Təsərrüfatı İnformasiya-Məsləhət Xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu Layihəsinin müzakirəsi üzrə növbəti toplatı keçirilib

Kənd Təsərrüfatı İnformasiya-Məsləhət Xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu Layihəsinin müzakirəsi üzrə zoom formatında Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimovun rəhbərliyilə növbəti online toplantı təşkil olunub. Toplantıda Qanun Layihəsinə dair təkliflər və təkmilləşdirilmiş əlavələr səsləndirilib, “Aqrar sahədə İnformasiya-Məsləhət Xidməti beynəlxalq təcrübədə necədir” və s. bilgilər diqqətə çatdırılıb. FAO Azərbaycan üzrə koordinator Büqar Bəşirov aqrar məsləhət xidmətlərinin müsbət beynəlxalq modelləri barədə iştirakçılara məlumat verdikdən sonra FAO mütəxəssislərinin təkliflərinə aydınlıq gətirib. Sonra o, Qanun Layihəsinin fəsil və maddələri üzrə təklif olunan dəyişiklikıəri təqdimat vasitəsilə qrup iştirakcılarının diqqətinə catdıraraq geniş şərh verib. Qrup üzvləri təqdimat əsasında irad və təkliflərini bildiriblər. Bir sıra mühüm müzakirələrin növbəti toplantıda davam etdirilməsi planlaşdırılıb.

© 2020 Əkinçilik ETİ