Xəbərlər

“İnsan, heyvan və bitki sektorlarında antimikrobiyal maddələrin istifadəsinə dair beynəlxalq alətlər” mövzusunda vebinar keçirilib

Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “İnsan, heyvan və bitki sektorlarında antimikrobiyal maddələrin istifadəsinə dair beynəlxalq alətlər” mövzusunda Üçlü Hesabat vebinarı keçirib. Vebinar ingilis dilində baş tutub.

Ümumdünya Mikrob əleyhinə Marifləndirmə Həftəsi zamanı üç Baş direktor tərəfindən hazırlanan vebinarda insan, heyvan və bitki sektorlarında antimikrobiyal maddələrin istifadəsi və ətrafdakılara yayılması ilə əlaqədar standartları müəyyənləşdirən beynəlxalq sənədlərin icmalı və sonrakı addımları üçün boşluqlar və imkanlar nəzərdən keçirilib. Tədbirdə aidiyyatı qrumların nümayəndələri ilə yanaşı Əkinçilik ET İnstitutunun əməkdaşları Könüi Aslanova və Aygun İsrayılova

iştirak ediblər.

 

© 2020 Əkinçilik ETİ