Xəbərlər

Tütünçülüyün inkişafına dair toplantı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”-nə uyğun olaraq ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün “Dövlət Proqramı” haqqında 2017-ci il 10 avqust tarixli sərancamının müzakirəsilə bağlı Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayevin iştirakı ilə toplantı keçirilib. Toplantıda institutun elmi əməkdaşları Nizami Nümmətov, Atif Zamanov, Şikar Əhmədov, Bəhlul Abbasov və Qabil Kazımov iştirak ediblər. İlkin olaraq F. Xudayev Dövlət Proqramının əhəmiyyətinən bəhs etdi. Sonra B. Abbasov Dövlət Proqramının həyata keçirilməsində ən böyük problemin toxumçuluq sahəsində olduğunu, rezpublikada tütün toxumçuluğunun demək olar ki, yox dərəcəsində oldugunu vurguladı. O, diqqətə çatdırdı ki, tütün toxumları əsasən xarici ölkəkərdən baha qiymətə alınıb ölkəmizə idxal olunur. Dövlət Proqramınından irəli gələn əsas məsələ toxumçuluğun təşkili, yeni sortların öyrənilməsi, tütünün seleksiyasının elmi əsaslarla təşkil olunması ən vacib tədbirlərdən biridir. Dövlət proqramında ilk olaraq tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: tütün istehsalı, ilkin emal və ölkədə son məhsulun istehsalının genişləndirilməsi; tütün əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması; yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının yaradılması; tütün toxumçuluğu təsərrüfatlarının yaradılmasının dəstəklənməsi; tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması; tütünçülüyün elmi təminatının və kadr potensialının daha da gücləndirilməsi; tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi; tütün istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi; tütünçülük məhsullarının ixracının təşviqi; idxaldan asılılığın minimum səviyyəyə endirilməsi; tütünçülük məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi; 2021-ci ilədək orta məhsuldarlıq 20 sent/hektar olmaqla, əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılmasına nail olunması.

© 2020 Əkinçilik ETİ