Xəbərlər

“Əkinçilikdə alaq otlarına qarşı mübarizənin təşkili” mövzusunda təlim keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini b.ü.f.d, dosent Atif Zamanov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “İnsan resursları” şöbəsinin təşkilatçılığı ilə “Əkinçilikdə alaq otlarına qarşı mübarizənin təşkili” mövzusunda təlim keçirib. Alaq otlarının bioloji xüsusiyyətləri onların yayılma coğrafiyası və təsnifatı təhlil edilib, eyni zamanda alaqların əkinçilikdə ziyanları və onlara qarşı müxtəlif mübarizə üsulları geniş şərh edilib. Təlimdə respublikanın taxılçılıqla məşğul olan rayonlarının DAİM-nin 50-dən artıq nümayəndəsi iştirak edib. Müxtəlif suallar və cavablar səsləndirilib, geniş müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ