Xəbərlər

Bitkilər üçün Relict Organics məhsulu təqdim olunub

Ümumdünya PPG Qrup (Həyat Gözəldir), Qlobal Maliyyələşdirmə Məsləhət Xidmətləri, Satiş, Aptekin Cəlbedilməsi, Serbiya-Rusiya-İsveçrə-Abş-Afrika-Küveyt üzrə İdarəedici tərəfdaş Tapdiq Xəlilov və Əkinçilikm ET İnstitutunun direktoru Faiq Xudayev  arasında görüş keçirilib. Görüşdə institutun istehsalat üzrə direktor müavini Atif Zamanov və “Bitki fiziologiyası və biotexnologiya ” şöbəsinin əməkdaşı Lətafət Həsənli iştirak ediblər.

Əməkdaşlıq məqsədi daşıyan görüşdə bitkilər üçün Relict Organics məhsulu təqdim olunub. Məhsulun hüceyrə səviyyəsində təbii stimullaşdırıcılıq qabiliyyəti, fülvik turşular və mikroelementlərlə doymuş humat konsentratı olaraq, bitkilərdə gedən bütün proseslərin həmçinin məhsulun qorunmasının yaxşılaşdırılması, məhsulu 65%-ə qədər böyütmə, sağ qalma dərəcəsinin 85%-ə qədər artması, gübrə xərclərinin azaldılması və s. bu kimi üstün xüsusiyyətlərə malik olması diqqətə çatdırılıb. Relict Organics məhsulunun sınağı məqsədilə istifadəsi nəzərə alınıb.

© 2020 Əkinçilik ETİ