Xəbərlər

“Buğda əkinlərində müşahidə olunan zərərverici həşaratlar və onlara qarşı mübarizə tədbirləri” mövzusunda təlim kecirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı  təlimçi Namella Əzizova “Buğda əkinlərində müşahidə olunan zərərverici həşaratlar və onlara qarşı mübarizə tədbirləri” mювзуsunda hədəf qrupu Bitkiçilik sektoru olmaqla Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Fizuli, Hacıqabul, İmişli, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Ucar, Yevlax və Zərdab DAİM –lərdə online formatda təlim kecib. O, mövzü üzrə ətraflı izah verərək bildirib ki, KT məhsul istehsalçısı və fermerlərin əsas məqsədi yüksək və keyfiyyətli məhsul istehsal etməkdir.KT bitkilərinin, xüsusilə buğdanın məhsuldarlığının artırılması əkin sahələrinin genişləndirilməsi hesabına deyil, vahid sahədən alınan məhsuldarlığın yüksəldilməsi hesabına təmin olunmalıdır.Taxıldan yüksək məhsul alınmasına bir çox amillər təsir edir. Zərərli orqanizimlər məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətinə də ciddi ziyan vururlar. İqtisakdi hesablamalara görə kənd təsərrüfatı sahəsində potensial məhsul itkisinin 30%-dən çoxu ZO payına düşür. Zərərverici orqanizimlər: (poptogen göbələk, bakteriya, virus) Xəstəliklər; Zərərverici həşaratlar: Nemotodlar; Gəmiricilər; Alaqlar;

       Respublikanın müxətlif bölgələrində bir çox ZH həşaratların dövrü olaraq kütləvi çoxalması və buğda bitkitsinə ziyan vurması tez-tez müşahidə olunur. Vurulan itkinin qarşısının alınması üçün ZO müəyyən olunmalı, bitki mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması bir çox hallarda bitkilərin zədələnməsinin qarşısını alaraq, məhsul itkisini aradan qaldırır.

       Azərbaycanda buğda bitkisi əkin sahəsinə görə dənli bitkilər içərisində əsas yer tutur. Buğda bitkisi inkişafının müxtəlif mərhələlərində cücərmə fazasından sünbülün yetişməsinədək ən müxtəlif zəzərverici həşaratların ZH təsirinə məruz qalır.

© 2020 Əkinçilik ETİ