Xəbərlər

Əkinçilik ET İnstitutu ilə Planta Agro MMC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Əkinçilik ET İnstitutu ilə Planta Agro MMC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. İnstitutun əməkdaşı Laçın Novruzov əməkdaşlıq haqqında təqdimatla çıxış edib. Əməkdaşlığın əsas məqsədi ənənəvi və qeyri-ənənəvi yem bitkilərinin nümayiş əkinlərinin təşkili, ərazi üçün daha məhsuldar sortların müəyyən olunması və fermerlərin aqrotexniki qulluq işləri barədə məsləhətlərlə təmin edilməsindən ibarətdir. Əməkdaşlığa əsasən ərazidən götürülən torpaq nümunələri analiz olunacaq, bölgəyə uyğun yerli və xaricdən introduksiya olunmuş yem bitkiləri əkiləcək, sahibkarlar üçün rotasiyalı əkin planı hazırlanacaq və aqrotexniki qulluq işləri müəyyənləşdiriləcək. Sonda Planta Agro  MMC-nin rəhbəri əməkdaşlıq perspektivlərinin müzakirəsi ücün yaradılan şəraitə görə rəhbərliyə öz təşəkkürünü bildirdi və gələcək planlar haqqında qısa məlumat verdi.

© 2020 Əkinçilik ETİ