Xəbərlər

“Xocalı soyqırımı-XX əsrin faciəsidir”

Əkinçilik ET İnstitutunda “Xocalı soyqırımı-XX əsrin faciəsidir” adlı tədbir keçirilib. Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev tədbirdə çıxış edərək, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb. O, bildirib ki, ermənilərin Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Tədbirdə institut əməkdaşları tərəfindən diqqətə çatdırılıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir.  

© 2020 Əkinçilik ETİ