Xəbərlər

"Taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması" mövzusunda online təlim keçirilib

Əkinçilik ET İnstitutunun əməkdaşı Namella Əzizova "Taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması" mövzusunda Qobustan, Şamaxı, İsmayıllı, Şəki, Agsu, Cəlilabad, Tərtər, Bərdə, Quba, Qusar rayonlarının DAİM-lərində 10 fermerin iştirakilə online təlim keçib. DAİM-lərdə təlimə başlamazdan əvvəl fermerlərə qiymətləndirmə vərəqələri paylanıb.

Təlimçi N. Əzizova təqdimat üzrə  Taxıl böcəyini sürfələri ilə Zədələnmiş əkin sahəsi, Mənənə ilə zədələnmiş buğda bitkisi, Buğda tripsi (Tripslər dəstəsi), Taxil gövdə mişarçisi Cephus pygmaeus L., Zəlicə böcəyi (Lema melanopus), Ziyankar bağacıq Eurygaster integriceps P., Ziyankar bağacıqla sünbülün zədələnməsi, Zərərverici həşəratlara qarşı mübarizə, Zərərverici həşəratların İqtisadi ziyanlı həddi (İZH), Zərərverici həşəratlara qarşı mübarizə, Zərərverici həşəratlara qarşı tətbiq edilən insektisidlər, Qoruyucu vasitələr və s. haqqında əhəmiyyətli məlumatlar verib.

Fermerlər tərəfindən təlimçiyə onları maraqlandıran suallar səsləndirilib və cavablar ətraflı olaraq çavablandırılıb.

© 2020 Əkinçilik ETİ