Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə online formatında elmi müşavirə keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Aqrar sektorun dayanıqlı inkişafı üçün elmin koordinasiyalı şəkildə idarə olunması” mövzusunda onlayn formatında müşavirə keçirilib. Müşavirəni  AMEA-nın  vitse-prezidenti akademik İradə Hüseynova açıb. Tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov “Aqrar sektorun dayanıqlı inkişafı üçün koordinasiyalı şəkildə idarə olunması” istiqamətində çıxış edib. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademik Qərib Məmmədov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, İbrahim Cəfərov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Aqrar Elm və İnnovasiya Mərkəzi, Elmi-Tədqiqat İnstitutlarının direktorları, o cümlədən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev iştirak ediblər.

Tədbirin sonunda mövzu çərçivəsində müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ