Xəbərlər

“Dənli taxıl - paxlalı bitkilərin aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda online formatında təlim keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı a.e.ü.f.d., dosent Ehtibar İbrahimov “Dənli taxıl-paxlalı bitkiləri aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda online formatında təlim keçib. Təlim Qobustan, Şamaxı, İsmayıllı, Şəki, Ağsu, Cəlilabad, Bərdə, Tərtər, Quba, Qusar rayon DAİM-inidə fermerlərin iştirakı ilə keçirilib.

  1. İbrahimov təlim zamanı təqdimat əsasında dənli bitkilərin inkişafına və məhsuldarlığına təsir edən amillər, istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər, əkin sahələrində səpin qabağı tədbirlər, diskləmə və şumun aparılması, toxumun tədarük edilməsi, gübrə normaları və istifadəsi, illik azot gübrəsi normalarının verilmə müddətləri, payızlıq buğdanın torpaqdan və gübrədən qida maddələrini mənimsəmə əmsalı, suvarmanın vaxtı, qış və ilkin yaz aylarında görülən tədbirlər, bitki xəstəliklərinin təsnifatı, taxıl bitkilərinin ziyanvericiləri, alaqlar və onlara qarşı mübarizə, yığıma hazırlıq işləri, pestisidlərdən istifadə zamanı təhlükəsislik qaydalara əməl edilməsi istiqamətində fermerlərə ətraflı məlumat verib. Sonda mövzu üzrə müzakirələr aparılıb, suallar çavablandırılıb.
© 2020 Əkinçilik ETİ