Xəbərlər

Əkinçilik ET İnstitutunun 2020-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyəti”nə həsr edilmiş illik hesabat yığıncağı keçirilib

Əkinçilik ET İnstitutunun 2020-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı keçirilib. Hesabat yığıncağını giriş nitqi ilə Aqrar Elm və İnnovasiya Mərkəzinin  direktor müavini Fərman Kərimov, şöbə müdiri Cavanşir Təlai və Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev açıb.

Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov Əkinçilik ET İnstitutunun 2020-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyəti haqqında”, Buğda proqramının rəhbəri Abidin Abdullayev, Arpa proqramının rəhbəri Qərib Novruzlu, Qarğıdalı proqramının rəhbəri Sevindik  Dünyamalıyev, Ərzaq paxlalıları proqramı üzrə Mirzəyev Rüfət, Yem bitkiləri proqramının rəhbəri Rasib Zeynalov illik geniş hesabatları təqdim ediblər. 

“Yenlərin zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva “Dənli, dənli-paxlalı və yem bitkilərin seleksiyasına, yemlərin texnologiyasına və otlaqların idarə olunmasına dair 2020-ci ildə aparılmış tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr haqqında”, Davamlı əkinçilik və bitki diversifikasiyası proqramının rəhbəri Məzahir Rzayev “İqtisadi cəhətdən səmərəli olan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən mütərəqqi becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanmasına dair 2020-ci ildə aparılmış tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr haqqında” ətraflı olaraq hesabatla çıxış ediblər. Sonra fermerlərin iştirakı ilə müzakirələr aparılıb. 

Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov “Əkinçilik ET İnstitutunun 2020-ci il üçün toxumçuluq fəaliyyəti haqqında”,Tərtər BTS-in direktoru Həqiqət Həşimova, Qobustan BTS-in direktoru Atabəy Cahangirov, Zaqatala BTS-in direktoru Nəbi Kərimov, Cəlilabad BTS-in direktoru Şahlar Əsədullayev, Şəki DM-in direktoru Qeysər Fərəcov, Kürdəmir TSS-nin direktoru Saday Məmmədov, Ağstafa YTT-nin direktoru Vüqar Rəhimov, Şəki DM-in (yemçilik) direktoru Nizami İsmayılov, Gədəbəy DM-in direktoru Şahin Zeynalov, Abşeron YTT-nin direktoru Soltan Tağıyev, Abşeron YTT-nın (yemçilik) direktoru Arif Abbasov “İnstitutun bölgə təcrübə stansiyalarının 2020-ci il üçün təsərrüfat fəaliyyətlərinin yekunları, problemləri və qarşıda duran vəzifələri  haqqında” illik geniş hesabat təqdim ediblər. Sonda yekun müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ