Xəbərlər

“Dənli taxıl bitkilərinin xəstəlik və zərərvericilərinin müşahidə sisteminin metodik təlimatlara uyğyn aparılması, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə üsullarının tətbiqi” mövzusunda online formatında təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin “İnsan resursları” şöbəsinin təşkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı a.e.ü.f.d., dosent  Ehtibar İbrahimov “Dənli taxıl bitkilərinin xəstəlik və zərərvericilərinin müşahidə sisteminin metodik təlimatlara uyğyn aparılması, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə üsullarının tətbiqi” mövzusunda. Qobustan, Şamaxı, İsmayıllı, Şəki, Ağsu, Cəlilabad, Bərdə, Tərtər, Quba, Qusar rayon və digər DAİM-inidə fermerlərin iştirakı ilə online formatda təlim keçib. 

E.İbrahimov təlim zamanı təqdimat əsasında dənli bitkilərin inkişafına, məhsuldarlığına və keyfiyyətinə mənfi təsir edən xəstəlik və zərərvericilər haqqında məlumat verib. Bu xəstəliklərdən sarı pas, qonur pas, gövdə pası, bərk sürmə, fizarioz, septoriya və s. xəstəliklər haqqında geniş məlumat verib, onların bitkilərə mənfi təsiri haqqında fermerləri elmi cəhətdən məlumatlandırıb. Eyni zamanda dənli taxıl bitkilərinə ziyan vuran zərərvericilər haqqında geniş məlumat verib və bu zərərli orqanizmlərə qarşı inteqrir mübarizə aparılmasının vacibliyini vurğulayıb. Mövzu üzrə müzakirələr aparılıb, suallar çavablandırılıb.

© 2020 Əkinçilik ETİ