Xəbərlər

“Milli standartların işlənməsi ilə bağlı mövcud vəziyyət” mövzusunda zoom proqramı vasitəsilə onlayn tədbir keçirilib

“Milli standartların işlənməsi ilə bağlı mövcud vəziyyət” mövzusunda zoom proqramı vasitəsilə onlayn tədbir keçirilib. Tədbirdə AZS 130-2005 qəbul qaydaları və toxum nümunələrinin götürülmə metodları, AZS 140-2005 toxumların xəstəliklərə yoluxmasının təyini üsulları, AZS 141-2005 toxumların zərərvericilərlə sirayətlənməsinin təyini üsulları müzakirə olunub. Müzakirədə Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və direktor müavinləri, Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, “Bitki seleksiyası” şöbəsinin müdiri Abdin Abdullayev, Tərəvəzçilik ET İnstitutunun direktoru Elmar Allahverdiyev, şöbə müdiri Şakir Quliyev, Aqrar Xidmətlər Agentliyi sədri və mütəxəssisləri, Azərbaycan Standartlaşdırma İnstitutunun, Meyvəçilik və Çayçılıq ET İnstitutunun, AMEA, Genetik Ehtiyatlar İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Bitki Mühafizəsi və TB ET İnstitutunun, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.

© 2020 Əkinçilik ETİ