Xəbərlər

Elmi Şuranın növbəti iclası keçirilib

Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun direktoru aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev Elmi Şuranın iclasının məqsədindən bəhs edərək, qarşıda duran vəzifələrin, tapşırıqların yerinə yetirilməsindən, cari məsələlərin, tələb və təkliflərin həyata keçirilməsindən ibarət olduğunu vurğuladı. Elmi Şuranın növbəti iclasında institutun mandatına daxil olan bitkilər haqqında maarifləndirici nəşrlərin hazırlanması, istifadəyə yararsız olan Süni iqlim kompleksinin yenidən qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə və Əmlak Komitəsinə müraciət edilməsi, gündəliyə daxil olan cari məsələlər və s. müzakirə edilib, həlli yolları müəyyənləşdirilib.

© 2020 Əkinçilik ETİ