Xəbərlər

Tərtərdə yem bitkilərinin yerli və introduksiya olunmuş sortlarının nümayiş səpini həyata keçirilib

Əkinçilik Elmi Tədqiqat İnstitutu və Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə yem bitkilərinin (yonca və xaşa) yerli və introduksiya olunmuş sort nümunələrinin nümayiş səpini həyata keçirilib.Nümayiş səpinində məqsəd bölgədə fəaliyyət göstərən fermerləri qeyd olunan yem bitkiləri ilə tanış etməklə bərabər, yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinə görə fərqlənən sort və nümunələrin gələcəkdə toxumçuluğunun təşkil edilməsidir. Sınaq əkini zamanı "Celtic", "Central", "Premariacco", "Claudio", "Marmilla", "Qarışıq (yonca)", "Saatlı", "Ağstafa-1", "Yemçilik-16", "Abşeron", "Aran", "Xaşa" (AZNİKLP-495) kimi yerli və xarici yem bitkiləri sortlarının səpini aparılıb. Səpin zamanına uyğun olaraq digər yem bitkilərinin əkini də müvafiq olaraq aprel ayının ikinci və üçüncü ongünlüyündə həyata keçiriləcək. Gələcəkdə həm yerli, həm də xaricdən introduksiya olunmuş sortların fermerlər üçün nümayişinin həyata keçirilməsi nəzərdə tutulur.

© 2020 Əkinçilik ETİ