Xəbərlər

Saatlı və Goranboy rayonlarında yem bitkilərinin yerli və introduksiya olunmuş sortlarının nümayiş səpini aparılıb

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutu Saatlı rayonunda fermer Əliyev İqbal Adil oğlunun, Goranboy rayonunda isə Fətəliyev Məzahir İlyas oğlunun fermer təsərrüfatlarında yem bitkilərinin (yonca və xaşa) yerli və introduksiya olunmuş sort nümunələrinin nümayiş səpinini həyata keçirib. Nümayiş səpinində məqsəd bölgədə fəaliyyət göstərən fermerləri qeyd olunan yem bitkiləri ilə tanış etməklə yanaşı, yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinə görə fərqlənən sort və nümunələrin gələcəkdə toxumçuluğunun təşkil edilməsindən ibarətdir. Sınaq əkinlərində "Celtic", "Central", "Premariacco", "Claudio", "Marmilla", "Qarışıq (yonca)", "Saatlı", "Ağstafa-1", "Yemçilik-16", "Abşeron", "Aran", "Xaşa" (AZNİKLP-495) kimi yerli və xarici yem bitki sortlarının səpini həyata keçirilib. Gələcəkdə həm yerli, həm də xaricdən introduksiya olunmuş sortların fermerlər üçün nümayişinin həyata keçirilməsi nəzərdə tutulur.

© 2020 Əkinçilik ETİ