Xəbərlər

Agdaş rayonunda “Çəltikçiliyin mövçud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

Agdaş rayonunda  Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Agdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatcılığı ilə “Çəltikçiliyin mövçud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Məqsəd ölkədə çəltik bitkisinin seleksiyasının və toxumculuğunun inkişaf etdirilməsıdır. Tədbirdə institutun direktoru Faiq Xudayev, söbə müdiri Abdin Abdullayev və laboratoriya müdiri Sevil Abasquliyeva iştirak ediblər. İnstitutun alimləri bölgədə çəltikçiliyin inkişaf etdirilməsi və yeni sort toxumların əldə edilməsi istiqamətində tövsiyələr veriblər. Eyni zamanda gələcəkdə yerli sortların bərpası, idxaldan asılılığın aradan qaldırılması və ixrac yönümlü məhsulların istehsalı da nəzərdə tutulur.

İnstitutun direktoru F.Xudayev bildirib ki, Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov çəltikçilik haqqında keçirilən müşavirədə çəltikçiliyin seleksiyasının inkişafı, eyni zamanda ilkin toxumçuluğun təşkili haqqında  tapşırıqlar verib. Bu baxımdan məqsədimiz cəltikciliklə məşğul olan fermerlərə üzləsdikləri problemləri nəzərə alaraq, onlara köməklik göstərməkdən ibarətdir.

Bundan başqa fermerlərin qarşılaşdığı çətinliklər, onların həlli yollarının araşdırılması məsələləri və maddi rifah hallarının yüksəldilməsi prioritet məsələlərdəndir. Həmçinin yerli iqlimə uyğun yüksək potensialı olan sortların əldə edilməsi də planlaşdırılıb.

S.Abasquliyeva diqqətə çatdırıb ki, Dövlət proqramına əsasən bu işin fermerə daha asan başa gəlməsi məqsədilə respublikanın müxtəlif bölgələrində toxumçuluğun təşkili üçün böyük işlər görmək istəyirik.

Vahid sahə hesabına daha cox məhsul almaq başlıca şərtlərdən sayılır. Bu baxımdan alimlərin verdiyi təkliflər fermerlər üçün maraq kəsb edib. Yeni çəltik sortlarının alınması və onların bölgə üçün daha münasib olanının əkilməsi həm məhsuldarlığın həm də gəlirin artmasına səbəb olacaq.

Mütəxəssislər bildiriblər ki, bir vaxtlar ölkədə cəltik əkini rekord həddə olsa da, son 40-50 ildə çəltik əkininin azalması bu sahəyə olan maragı da azaldıb. 2014-cü ildə çəltik bitkisi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mandatına daxil edilib və dövlət tərəfindən məhsul istehsalının artırılması istiqamətində mühüm işlər görülür.

Fermer Amil Musayev Ağdaş rayonunda cəltikçiliyin inkişaf etdirilməsi istiqamətində göstərilən köməkliyə görə alim və mütəxəssislərə təşəkkürünü bildirib.

 

 

© 2020 Əkinçilik ETİ