Xəbərlər

“Toxumluq əkinlərinə aqrotexniki qulluq” mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyi “İnsan resursları” şöbəsinin təşkilatcılığı ilə “ İlkin toxumçuluq və toxumun keyfiyyəti “ laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d Həmid Həmidov “Toxumluq əkinlərinə aqrotexniki qulluq” mövzusunda online formatında təlim kecib. Təlimdə respublikanın toxumçuluqla məşgul olan bölgələrindən fermerlər və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin 39 nəfər nümayəndəsi iştirak edib. H. Həmidov iştirakçılara toxumçuluq təsərrüfatı, toxum istehsalı, toxumların əsas səpin keyfiyyəti, toxumçuluq əkinlərində bitkilərin böyümə və inkişafına, məhsuldarlığına təsir edən amillər, toxumun tədarük edilməsi, dağlıq və dağətəyi, aran bölgələrdə səpin müddəti, norması və üsulu, vərdələmə əməliyyatının əhəmiyyəti (Dəmyə bölgələrində), gübrə normaları və istifadəsi və s. haqqında təqdimat əsasında geniş məlumat verib. O, diqqətə çatdırıb ki, toxumçuluq əkinlərindən yüksək və keyfiyyətli məhsul almaq üçün ilk növbədə aparılan tədbirlər planını ardıcıl olaraq həyata keçirmək lazımdır. Bunun üçün yüksək məhsuldarlığı və keyfiyyəti şərtləndirən amillərin rolunu müəyyənləşdirmək və onları tətbiq etməklə təsir dairəsini genişləndirmək vacibdir.

© 2020 Əkinçilik ETİ