Xəbərlər

Fermerlər üçün online formatda keçirilən təlimlər davam edir

Əkinçilik ET İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Sevda Abdulbaqiyeva Quba, Bərdə, Ağcabədi, Tovuz, Ucar, Xaçmaz, Xızı, Yevlax, Fizuli, Neftçala, İsmayıllı, Şəki, Qazax, Ağstafa, Cəlilabad, Gədəbəy DAİM-lərində fermer və mütəxəssislərin iştirakı ilə online formatda  təqdimat əsasında təlim keçib. S. Abdulbaqiyeva  “Dənli və dənli-paxlalı bitkilərin aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda kecdiyi təlim zamanı dənli bitkilərin inkişafina və məhsuldarliğina təsir edən amillər, əkin sahələrində səpin qabağı tədbirlər, toxumun tədarük edilməsi, Əkinçilik ET İnstitutunun rayonlaşmış taxıl sortlarının  bölgələr üzrə yerləşdirilməsi, gübrə normaları və istifadəsi, illik azot gübrəsi normalarının verilmə müddətləri, suvarmanın vaxtı, qiş və erkən yaz aylarında görülən tədbirlər, bitki xəstəliklərinin təsnifatı, makro və mikro elementlərin çatışmazlığı və digər məsələlərə aydınlıq gətirib.

“Taxil biçininə hazırlıq tədbirlərinin vaxtinda aparılmasının əhəmiyyəti” mövzusu üzrə keçirilən təlimdə isə maşın-traktor parkını tam olaraq işçi vəziyyətə gətirmək, istifadə olunacaq texnikaların daima işlək vəziyyətini təmin etmək məqsədilə tez sıradan çıxan hissələrin ehtiyatını yaratmaq, xırman və anbarları tam təmizlənərək dezinfeksiya və fumiqasiya etmək və s. haqqında ətraflı məlumat verib. Təlimin sonunda mövzü üzrə suallar cavablandırılıb, müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ