Xəbərlər

Şərbətov Firudin Vəzir oğlunun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır! ALLAH RƏHMƏT ELƏSİN !

Şərbətov Firudin Vəzir oğlu 24 noyabr 1958-ci ildə Cəlilabad rayonunun Cəlayir kəndində anadan olub. 1965-ci ildə Cəlilabad rayonunun Andreyevka kənd məktəbinin 1-ci sinfinə getmiş və həmin məktəbin 10-cu sinfini 1975-ci ildə bitirib. 1975-ci ildə Kirovabad şəhərindəki S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsinə daxil olub. Həmin institutu 1980-ci ildə bitirib.

1980-ci ildə institutu bitirdikdən sonra göndərişlə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.

1982-ci ilin noyabr ayında Ümumittifaq Seleksiya və Genetika İnstitutunun aspiranturasına daxil olmuş və oranı 1985-ci ildə bitirərib. 1987-ci ilin may ayında İnstitutun Cəlilabad rayonundakı Təcrübə Stansiyasına toxumçuluq şöbəsinə müdir vəzifəsinə göndərilib.

1992-ci il tarixində isə Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə müavini vəzifəsinə təyin edilib.

1992-ci ildən isə rayonun kənd təsərrüfatı və ərzaq idarəsində kənd təsərrüfatı məhsullarının tədarükü və ərzaq şöbəsinin rəisi, eyni zamanda idarə rəisinin müavini kimi fəaliyyət göstərib.

1994-cü ilin fevral ayından Cəlilabad Təcrübə Stansiyasında “Seleksiya və toxumçuluq” şöbəsinin müdiri vəzifəsini 1996-cı ilə qədər icra edib.

Sonradan əmək fəaliyyətini Rusiya Federasiyasının Tver şəhərində davam etdirib.

2019-ci ildən etibarən Əkinçili ET İnstitutunda “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifəsində calışıb. Ərzaq paxlalıları proqramınin rəhbəri olub.

Gözəl insan, istedadlı alim aqronom, aqrar elmləri üzrə fəlsəfə doktoru Şərbətov Firudin Vəzir oğlunun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır!

Allah rəhmət eləsin!

 

 

 

ALLAH RƏHMƏT ELƏSİN !

© 2020 Əkinçilik ETİ