Xəbərlər

Online təlimlər davam edir

Quba, Bərdə, Ağcabədi, Ucar, Xaçmaz, Xızı, Yevlax, Füzuli, Neftçala, İsmayıllı, Şəki, Qazax, Ağstafa, Cəlilabad, Gədəbəy rayonlarından olan fermerlərin iştirakı ilə Əkinçilik ET İnstitutununistehsalat üzrə direktor müavini Atif Zamanov “Dənli və dənli - paxlalı bitkilərin aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda online təlim keçib. A. Zamanov təqdimat əsasında dənli bitkilərin inkişafına və məhsuldarlığına təsir edən amillər, istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər, əkin sahələrində səpin qabağı tədbirlər, diskləmə və şumun aparılması, toxumun tədarük edilməsi, gübrə normaları və istifadəsi, illik azot gübrəsi normalarının verilmə müddətləri, payızlıq buğdanın torpaqdan və gübrədən qida maddələrini mənimsəmə əmsalı, suvarmanın vaxtı, qış və ilkin yaz aylarında görülən tədbirlər, bitki xəstəliklərinin təsnifatı, taxıl bitkilərinin ziyanvericiləri, alaqlar və onlara qarşı mübarizə, yığıma hazırlıq işləri, pestisidlərdən istifadə zamanı təhlükəsislik qaydalara əməl edilməsi istiqamətində fermerlərə ətraflı məlumat verib. Sonda mövzu üzrə müzakirələr aparılıb, suallar çavablandırılıb.

© 2020 Əkinçilik ETİ