Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları namizədlər arasında ən yüksək balla fərqləniblər

Dövlət İmtahan Mərkəzinin Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatının verilməsi üçün keçirilmiş imthanların I və II mərhələsində Əkinçilik Elmi-Tədqiqat İnstitunun əməkdaşları da iştirak ediblər.

Hər iki imtahan mərhələlərində iştirak edən əməkdaşlar “Dənin keyfiyyəti” laboratoriyasının kiçik elmi işçisi  Laçın Novruzov, “Davamlı əkinçilik və bitki diversifikasiyası  şöbəsinin kiçik elmi işçisi Hüseyn Feyzullayev namizədlər arasında ən yüksək balla fərqləniblər. 

Qnu da qeyd edək ki, birinci mərhələdə seçilmiş namizədlər təlimlərə cəlb olunub və ikinci mərhələdə iştirak şansı qazanıblar.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ