Xəbərlər

“Dənli və dənli - paxlalı bitkilərin aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda online formatda təlim keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin 2021-ci il üzrə təlim planına əsasən “İlkin toxumçuluq və toxumun keyfiyyəti” laboratoriyasının müdiri Arif Əliyev “ Dənli və dənli - paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda online formatda təlim kecib. Təlimdə Quba, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Yevlax, Bərdə, Ağcabədi rayon DAİM-lərinin mütəxəssis və fermerləri iştirak ediblər. Arif Əliyev iştirakçılara payızlıq taxılların böyümə və inkişafına, məhsuldarlığına təsir edən amillər, taxıl əkinlərində səpin qabağı tədbirlər, sahənin sələfdən asılı olaraq becərilməsi, cərgəarası becərilən bitkilərdən sonra sahənin hazırlanması, yonca bitkisindən sonra sahənin becərilməsi, toxumun tədarük edilməsi, Əkinçilik ET İnstitutunun rayonlaşmış taxıl sortlarının bölgələr üzrə yerləşdirilməsi, gübrə normaları və istifadəsi, dağlıq və dağətəyi bölgələrdə səpin müddəti, norması və üsulu, istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər və s. haqqında təqdimat əsasında geniş məlumat verib. O, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə respublikamızın milli iqtisadiyyatının inkişaf etdirilməsi ilə əlaqədar olaraq müxtəlif sahələr üzrə Strateji Yol Xəritəsini təsdiq etmişdir. Qeyd edilən sənəddə Azərbaycan Respublikasının kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində respublikamızda aqrar sektorun mövcud vəziyyəti, problemləri müzakirə olunaraq onun inkişaf dinamikası və istiqamətləri müəyyən olunmuşdur. Təsdiq olunmuş Strateji Yol Xəritəsində kənd təsərrüfatı sahəsinin 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr uzun müddətli baxış, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzun müddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələrlə icra ediləcəyi aydın yol xəritəsinə malik olmasını ifadə edir. Eyni zamanda, Azərbaycan hökuməti qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişaf etdirilməsi üçün çoxlu sayda hüquqi aktlar qəbul edilmiş və həyata keçirilməkdədir. Azərbaycan hökuməti kənd təsərrüfatının inkişaf etdirilməsi üçün daima maddi dəstəyini həyata keçirir. Buna misal olaraq hər hektara görə pambığa, ipək qurduna, toxum istehsalşılarına ayrılan subsidiyalar. Kənd təsərrüfatı texnikalarına, gübrələrə, pestisidlərə tətbiq edilən güzəştlər bunlara əyani misaldır. Bu gün biz cənab nazir İnam Kərimovun çağırışına qoşularaq Sizlərin yanında olmaq, problemlərinizlə maraqlanmaq, bunların həllində gücümüzü sizlərlə birləşdirmək Azərbaycan dövlətinin aqrar sektora qayğısının ifadəsidir.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ