Xəbərlər

Türkiye Cumhuriyyəti Tarım ve Orman Bakanlığı TAGEM və TİGEM nümayəndələri Əkincilik ET İnstitutunda oldular

Türkiye Cumhuriyeti Tarım  ve Orman Bakanlığı,

Çankaya/Ankara, Tarımsal Araştırmalar ve Politikalar Genel Müdürlüğü (TAGEM), Genel Müdür Yardımcısı Doç.Dr.İlhan Aydın, Bitkisel Ürütim Genel Müdürlüğü, Daire Başkanı Dr.Veyis Yurtkulu, TİGEM (Tarim İşletmeleri Genel Müdürlüğü), Gazi/Ankara, Tohumluk Sertifikasyon Laboratuvarı, şube müdürü Hüseyin Küçükçay Əkincilik ET İnstitutunda oldular. İnstitutun direktoru Faiq Xudayev institut haqqında ətraflı məlumat verərək diqqətə çatdırdı ki, bu gün Əkinçilik ET İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli-taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək, soya), yem (yonca, xaşa, gülül və s.) və tütün bitkilərinin yeni müsbət təsərrüfat göstəricilərinə malik sort və hibridlərinin yaradılması, onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi kimi vacib və əhatəli məqsəd durur. Sonra F.Xudayev institutun yarandığı gündən etibarən əldə olunan nailiyyətləri də vurğuladı.

Türkiye Cumhuriyeti Tarım  ve Orman Bakanlığı əmakdaşlarının Əkinçilik ET İstitutuna səfərinin əsas məqsədi Azərbaycan Respublikasında aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə Türkiyə Respublikasının profilə uyğun tədqiqat institutları arasında birgə, müxtəlif bitkilər üzrə seleksiya tədqiqatlarının aparılması imkanlarını araşdırmar, toxumçuluq işlərini təkmilləşdirmək və bu sahədə müştərək proqram layihələri hazırlanmasını və icrasını təmin etmək üçün hüquqi bazanın yaradılmasından ibarətdir.

Sonra qonaqlar “Bitki seleksiyası”, “Bitki fiziologiyası və biotexnologiya” şöbələrinə, “Torpaq və bitki analizləri”, “Xəstəlik və zərərvericilərə nəzarət”, “İlkin toxumçuluq və toxumun keyfiyyəti”, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyalarına baxış kecirib iş və təcrübə prosesləri ilə tanış oldular.

© 2020 Əkinçilik ETİ