Xəbərlər

Yeni yaradılan taxıl sortlarının Beyləqan rayonunda innovativ üsulla sınaq əkini öz bəhrəsini verib

Beyləqan rayonunda yerləşən təcrübə stansiyasında yeni yaradılan taxıl sortlarının əkinindən gözlənilən nəticə əldə edilib. Həyata keçirilən işlər Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Aqrar Xidmətlər Agentliyinin Beyləqan Təlim Mərkəzinin birgə təşəbbüsü ilə gerçəkləşib.

Əsas məqsəd bölgələrdə yeni sortların tətbiqi və bunların nümayişidir. Əldə olunan yerli sortların iqlimə uyğunlaşdırılması, xəstəliyə dözümlü olması da vacib məsələ olaraq götürülüb. Başlıca şərt vahid sahə hesabına daha çox məhsul almaqdır. Bu məqsədlə 24 yerli sortun sınağı gerçəkləşdirilib. Yeni sortlar əkilən sahəyə fermerlərlə birlikdə baxış keçirilib. Tədbir “Dünya TV Xəbər”-də yayımlanıb.

© 2020 Əkinçilik ETİ