Xəbərlər

“Yem bitkilərində aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda online təlim keçirilib

 Əkinçilik ET İnstitutunun “Otlaqlar və biçənəklər” şöbəsininmüdiri Rasib Zeynalov Neftçala, Saatlı, Şəki, Ağstafa, Beylaqan, Gədəbəy, Goranboy DAİM-lərində fermer və mütəxəssislərin iştirakı ilə  “Yem bitkilərində  aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə  yerinə yetirilməsi xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və  təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda online formatda  təqdimat əsasında təlim keçib.    

Zeynalov təlim zamanı diqqətə çatdırıb ki, bütün kənd təsərrüfatı bitkilərinindən yüksək və keyfiyyətli məhsul almaq üçün ilk növbədə aparılan aqrorotexniki tədbirləri ardıcıl və keyfiyyətlə həyata keçirmək lazımdır. Bunun üçün yüksək məhsuldarlığı və keyfiyyəti şərtləndirən amillərin rolunu müəyyənləşdirmək və onları tətbiq etməklə təsir dairəsini genişləndirmək məqsədə uyğundur. Sonra o, yem bitkilərinin həyat tərzinə görə təsnifati, bitkilərin inkişafina və məhsuldarliğina təsir edən amillər, yem bitkilərinin becərilməsində əsas aqrotexniki əməliyyatlar, diskiləmə və şumun aparılması, vərdələmə əməliyyatının əhəmiyyəti (dəmyə bölgələrində), toxumun tədarük edilməsi, suvarma üsulları, vegetasiya suvarmalarının təşkil edilməsi, vaxtı, üsulları, gübrələrin verilmə vaxti, biotik amillərə (xəstəlik, zərərverici və alaqlara) qarşi mübarizə tədbirləri, qış və ilkin yaz aylarında görülən tədbirlər və digər məsələlərə aydınlıq gətirib, ətraflı məlumat verib. Təlimin sonunda mövzü üzrə suallar cavablandırılıb, müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ