Xəbərlər

“Raps bitkisinin kənd təsərrüfatında rolu” mövzusunda onlayn tədbir keçirilib

Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən “Raps bitkisinin kənd təsərrüfatında rolu” mövzusunda onlayn tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd raps bitkisinin fermer təsərrüfatlarında tətbiqinin həyata keçirilməsi istiqamətində bir sıra məsələlərə aydınlıq gətirməkdən ibarət olub. Belə ki, online tədbir zamanı raps bitkisinin kənd təsərrüfatındakı roluna aydınlıq gətirilib, arıçılıq sahəsində əhəmiyyətindən, yaşıl yem kimi keyfiyyəti və iqtisadi səmərəliliyindən bəhs olunub və müzakirələr aparılıb. Tədbirə respublikanın bir çox bölgələrindən fermerlər və DAİM-nin mütəxəssisləri qatılıblar. Online formatda keçirilən tədbirdə Əkinçilik ET İnstitutunu şöbə müdiri Sevil Abbasquliyeva təmsil edib. 

© 2020 Əkinçilik ETİ