Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları təlimdə iştirak ediblər

Əkinçilik ET İnstitutunun gənc əməkdaşları Reyhan Abdullayeva, Leyla Həsənova, Röya Əskərli, Pərvin Əliyeva, Aysel Labazanova, Lətafət Həsənli, Araz Bağırov, Sevinc Əsədova, Jalə Zeynallı Tərəvəzçilik ET İnstitutunda “İstixanalarda in vitro bitkilərdən kartof yumrularının alınması”  mövzusunda keçirilən təlimdə iştirak ediblər.

Təlimçilər Ə.Əsgərov və H.Nəsibov tərəfindən təqdimat əsasında “Kartof bitkisinin toxumçuluğunda biotexnoloji üsulların tətbiqi” mövzusu üzrə geniş məlumat verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

© 2020 Əkinçilik ETİ