Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin “İnsan resursları” şöbəsinin təşkilatçılığı ilə keçirilən online tədbirdə iştirak ediblər

Kənd Təsərrüfatı Nazirliyinin “İnsan resursları” şöbəsinin təşkilatçılığı ilə online tədbir keçirilib. Tədbiri giriş sözü ilə şöbənin müdir müavini Emin Əliyev açıb. Online formatda keçirilən tədbirin məqsədi elmi tədqiqat işlərinin aparılması, beynəlxalq əlaqələrin yaradılması çərçivəsində işlərin gedişatı, vəziyyəti, qarşıya çıxan problemlərin həlli istiqamətində vəziyyətin öyrənilməsi, inkişaf yollarının müəyyənləşdirilməsi olub. Elmi-tədqiqat institutlarını təmsil edən iştirakçılar tədbir çərçivəsində çıxışlar edərək mövcud vəziyyətə aydınlıq gətiriblər.

 Əkinçilik ET İnstitutunu elmi katib Sevda Hacıyeva və beynəlxalq əlaqələr üzrə məsul şəxs Ruhanə Kərimova təmsil edərək aidiyyatı məsələlər üzrə və gələcək planlar barədə məlumat veriblər.

Tədbirdə KTN, ADAU və elmi-tədqiqat istitutlarından 20-ə yaxın nümayəndə iştirak edib.

© 2020 Əkinçilik ETİ