Xəbərlər

Xaçmaz rayonunda “Quba-Xaçmaz iqtisadi zonasında perspektivli taxıl nümunələrinin elmi əsaslarla öyrənilməsi” mövzusunda tədbir keçirilib

Xaçmaz rayonu, Hacılar kəndi, fermer Habil Məmmədovun əkin sahəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Quba-Xaçmaz iqtisadi zonasında perspektivli taxıl nümunələrinin elmi əsaslarla öyrənilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Xaçmaz rayon DAİM-in “Bitkiçilik” sektorunun əməkdaşı Qabil Ağabalayev “Xaçmaz rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti və aktual məsələləri”, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev “Əkinçilik ET İnstitutunda yeni taxıl sortlarının yaradılmasının və innovativ becərmə texnologiyalarının tətbiqinin vəziyyəti”, Fermer Habil Məmmədov “Taxılda yüksək məhsul alınmasında elm və istehsalın inteqrasiyasının əhəmiyyəti” mövzusunda çıxış ediblər. Sonra taxıl əkinlərinə baxış keçirilib, dərz nümunələri götürülüb, fermerlərlə birlikdə sortların müzakirəsi və qiymətləndirilməsi aparılıb. Seçilmiş nümunələr haqqında fermerlərə kütləvi informasiya vasitələrilə ətraflı məlumatlar çatdırılıb.

© 2020 Əkinçilik ETİ