Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Harvard Universiteti tərəfindən təşkil olunmuş "Biokimya" və "Genetika" ixtisasartırma kurslarında iştirak edib

Əkinçilik ET İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının böyük laborantı, dissertant Nurlan Əmrahov institutun maliyyə dəstəli ilə Harvard Universiteti tərəfindən təşkil olunmuş "Biokimya" və "Genetika" ixtisasartırma kurslarında iştirak edib. Genetika ixtisası üzrə tədris prosesinin mahiyyəti, müasir dövrdə innovativ tədqiqatların tədrisi-eukariot və prokariot hüceyrələr səviyyəsində gen və genom, xromosom abberasiyalar, mendel qanunlarını əsasında irsiyyətin təşkili və ortaya çıxan genetik problemlər, populyasiya genetikası, genom sekvensinqi, davamlılığın müəyyən edilməsi (abiotik və biotik stresslərə qarşı), ümumi və xüsusi əlamətlərin öyrənilməsindən ibarət idi. Tədris prosesi PhD Cristine De Gennaro, MD Robert Green, MS CGC Carrie Blond tərəfindən həyata keçirilib.

Biokimya ixtisası üzrə kursu PhD Kevin Bonham və MB BCh BAO Ole-Petter Hamvik həyata keçirib. Tədrisdə müasir dövrdə eukariot (insan, heyvan və bitki), prokariot orqanizmlərdə (bakteriyalar) və viruslarda biokimyəvi proseslərin təşkili, hüceyrə və toxuma səviyyəsində siqnal prosesləri, energetik (termodinamik) proseslərin hüceyrələr və orqanoidlər səviyyəsində təşkili, hüceyrələr arasında biokimyəvi mexanizmlər əsasında əks-əlaqənin təşkili əsas yer tutub.

Kurslarda müasir dövrdə gen analizlərinin aparılması metodlarının nəzəri bilikləri, seleksiya və gen modifikasiyasının həyata keçirilməsində önəmli informasiya və müasir biokimyəvi analizlərin aparılmasının nəzəri bilikləri əldə olunub. Kurslarda 50-dən artıq dövlətdən magistr, PhD tələbələr və elmi işçilər iştirak etmişdir.

Kursun nəticəsi olaraq 23-25 iyun tarixlərində imtahanlar keçirilib və adları çəkilən ixtisaslar üzrə Əmrahov Nurlan Rəşid oğlu yüksək nəticə göstərərək "Achievement certificate"- Nailiyyət sertifikatları ilə qiymətləndirilib.

Bu biliklər əsasında Əkinçilik ET İnstitutunun digər əməkdaşlarına innovativ metodlar haqqında məlumatların verilməsi məqsədilə seminarların təşkili gözlənilir. Həmçinin nəzəri biliklərin də praktikada mümkün tətbiqləri həyata keçiriləcək.

© 2020 Əkinçilik ETİ