Xəbərlər

Lənkəran rayonunda çəltikçiliyin elmi əsaslarla öyrənilməsi, yeni sortların yaradılması və sertifikatlı toxum istehsalı çərçivəsində tədbir keçirilib

Çəltik bitkisi ölkəmizdə əsas becərilən ənənəvi bitkilərdən biridir. Hələ ötən əsrin əvvəllərində ölkəmizdə çəltik bitkisinin  geniş ərazilərdə becərilməsi bu sahəyə olan marağın yüksək olduğunu ğöstəriridi. O dövrlərdə çəltik  sahələrini zəbt edən yerli çəltik sortlarımız dadı, ətri və digər əlamət və xüsusiyyətlərinə görə ölkəmizə introduksiya olan sortlardan həmişə fərqlənirdi. Lakin ötən əsrin 60-cı illərindən sonra bu sahəyə olan maraq azalmış, elmi tədqiqat işləri aparılmamış, yerli çəltik sortları tədricən sıradan çıxmışdır.

Çəltik bitkisi dünya, eləcə də ölkə əhalisinin əsas ərzaq məhsullarından biri olmuşdur. Təəsüflər olsun ki, 2018-ci ilə qədər bu sahədə olan boşluqlar nəticəsində şəltik birkisinin becərilməsi, elmi əsaslarla öyrənilməsi, toxumçuluğunun yaradılması heç bir elmi-tədqiqat institutu tərəfindən öyrənilməmişdir. Ölkə başçısı Cənab İlham Əliyevin aqrar sahəyə olan diqqət və qayğısı nəticəsində 2018-2025-ci illəri əhatə edən çəltikçiliyin inkişafı haqqında dövlət proqramının qəbul edilməsi bu sahənin inkişafına yeni bir nəfəs verdi. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun  mandatına daxil olan bu bitkinin elmi əsaslarla öyrənilməsi, ixtisaslı gənc kadrların hazırlanması, bu sahədə geniş miqyaslı və hər tərəfli elmi-tədqiqat işlərinin aparılması diqqət mərkəzinə keçdi.   Lakin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovun rəhbərliyi ilə çəltikçiliyə həsr olunmuş müşavirədən irəli gələn məsələlərin həlli və layiqincə yerinə yetirilməsi üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bir qrup alim və mütəxəsisləri ölkəmizdə çəltikçiliyin daha geniş inkişaf etdiyi Lənkaran, Astara, Ağdaş rayonlarında fəaliyyət göstərən fermer, sahibkar və şirkətlərlə mütamadi görüşlər keçirdi, respublikada çəltikçilik sahəsində olan mövcud problemləri müzakirə etdi. Bu görüşlərdə çəltikçiliyin elmi əsaslarla öyrənilməsi, yeni sortların yaradılması və sertifikatlı toxum istehsalı müzakirə olundu. Həmin görüşlər zamanı qeyd olunan elmi tədqiqat işlərinin icrası üçün fermerlər müəyyənləşdirildi.

Lənkəran rayonunda Lənkəran RAEİ təlim mərkəzinin, Lənkaran DAİM-nin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbir zamanı müqavilələr bağlandı. Bağlanan müqavilələrə əsasən rayonlaşmış “Haşimi”, “Avanqard” və “Appola” sortlarının ilkin toxumçuluğu təşkil olumaqla, sertifikatlı toxum istehsalına başlamaq və “GREEN EAST” MMC-nin əkin sahələrində yeni sortların yaradılması üçün seleksiya işlərini aparmaq və fermerlərin maariflənməsi üçün müxtəlif sortların nümayiş əkinləri təşkil olunacaq. Eyni zamanda “LeylaAqro” MMC, “Faran” MMC və “GREEN EAST” MMC –nin əkin sahələrində  yuxarıda qeyd olunan sortların ilkin toxumçuluğu həyata keçiriləcək. Bu tədbirin əsas üstünlüyü ondadır ki, fermerlər sertifikatlı toxumlardan istifadə edəcək, yüksək reproduksiyalı toxumların fermerlərə əlçatanlığı təmin olunacaq və onlar bu sahəyə ayrılan müvafiq dövlət dəstəyindən yararlanacaqlar. Nəticədə idxaldan asılılıq qismən aradan qaldırılacaq, dövlət proqramında nəzərdə tutulmuş hədəflərə çatılacaq. Bununla yanaşı hal- hazırda Lənkəran təlim mərkəzinin bir hektar sahəyə yaxın ərazisində ekoloji təmiz çəltik istehsalına bu ildən başlanılmışdır. Nəzərə alsaq ki, ekoloji təmiz çəltik istehsalı layihəsi İran İslam Respublikası ilə birgə əməkdaşlıq çərçivəsində İraq, Əfanıstan, Türkiyə və Respublikamızda həyata keçirilir. Bu layihə çərçivəsində ekoloji təmiz məhsul istehsalına nail olunacaq.

© 2020 Əkinçilik ETİ